Müdafiə Nazirliyinin 2 yüksək vəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ

 Müdafiə Nazirliyinin 2 yüksək vəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. 

Asayis.Az-ın məlumatına görə, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. 

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.  

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. 

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. 

Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
 

Bizim.Media

11:42 - 18 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin