Ronaldonun bu açıqlaması gündəm oldu

 Ronaldonun bu açıqlaması gündəm oldu

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldonun açıqlaması gündəm olub.
Asayis.Az xəbər verir ki, əfsanəvi futbolçu PSJ-dən ayrılıb Mayami “İnter”inə keçən Lionel Messinin seçimini şərh edib.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Messinin mübarizə aparacağı ABŞ çempionatından daha yaxşı olduğunu bildirib: “Düşünürəm ki, Səudiyyə Ərəbistanı liqası MLS-dən daha yaxşıdır. Artıq heç bir Avropa klubuna dönməyəcəyimə 100 faiz əminəm. Səudiyyə Ərəbistanının yolunu mən açdım və indi bütün ulduzlar bura gəlir”.

Qeyd edək ki, Kriştianu Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir.

 

Demokrat.az

11:33 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin