Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncamını şərh edib.
Asayis.Az xəbər verir ki, Azər Xudiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan müharibənin ilk günlərindən dost Ukraynaya dəstəyini əsirgəməyib:
"Ukraynaya qarşı Rusiya təərəfindən elan olunmayan müharibənin ilk günlərindən Azərbaycan bu dost ölkəyə humanitar yardımlarını əsirgəməyib.
Biz həm dövlət, həm də xalq olaraq Ukrayna cəmiyyəti tərəfindən hiss olunacaq qədər humanitar yardımlarla dəstəyimizi göstərmişik. Bu konteksdə Prezidentin bugünki Sərəncamı dost Ukrayna xalqı tərəfindən rəğbətlə qarşılanıb.
Xüsusi ilə də qarşıdan qış mövsümünün gəlişini nəzərə alsaq, yardımın məhz elektrik avadanlıqları şəkilində göstərilməsi tam yerinə düşür.
Ümüd edirik ki, bu cür yardımlar mütamadi hal alacaq. Cünki Azərbaycan xalqı əsirlər boyu humanizm prinsiplərinə sadiq qalaraq, haqq və ədalətin müdafiəsinə qalxıb. Bu yardımlarla Azərbaycan daim ümumbəşər dəyərlərə və humanizm prinsiplərinə sadiq olduğunu bir daha sübut edir".