Mark Zukerberq döyüşə hazırlaşır - FOTO

 Mark Zukerberq döyüşə hazırlaşır - FOTO

İlon Maskın qəfəs döyüşünü qəbul edən Mark Zukerberq artıq məşqlərə başlayıb.
Asayis.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Paylaşımda Zukerberq iki döyüş sənəti ustası ilə poza verib.

Mask və Zukerberqin döyüş hazırlığı davam etsə də döyüşün harada və nə vaxt keçiriləcəyi məlum deyil. 

Qeyd edək ki, döyüş yerinin  İtaliyanın Roma şəhərindəki Kolizey olacağı iddia olunur. 


 

14:49 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin