Şotlandiyada toyuqların yollarda rahatlığı üçün yeraltı keçid tikiləcək

 Şotlandiyada toyuqların yollarda rahatlığı üçün yeraltı keçid tikiləcək

Şotlandiyanın Gifford şəhərində sərbəst gəzən toyuqların yola çıxmasının qarşısını almaq üçün yeraltı keçid inşa ediləcək.
Asayis.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə yumurta istehsal edən “East Lothian Eggs Limited” adlı şirkət Şərqi Lothian Şurasına müraciət ünvanlayıb.

Ötən il “Howden Farm” şirkətinə toyuqların sayını 32 mindən 64 minə çatdırmağa icazə verilib.

Lakin toyuqların gəzməyinə kifayət qədər yer olmadığı üçün onlar kənd yolundan keçməli olub.

Buna görə də, şirkət yeraltı keçidin inşasını tələb edib.

Yeraltı keçidin eninin 2,5 metr, hündürlüyünün isə 1,5 metr olacağı nəzərdə tutulub.

Qeyd edək ki, gəzən toyuqların təkcə yumurtası deyil, həm də nəcisləri gübrə kimi qiymətlidir.

64 min gəzən toyuq gündə 1,5 ton, ildə isə 500 tona yaxın gübrə istehsalına töhfə verir.

Bu gübrələr ətrafdakı təsərrüfatlara satılır.

Rayonda süni gübrələrin qiyməti artdığı üçün fermerlər toyuqlara ehtiyac duyur.

11:18 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin