Beş ayda dini ziyarətlə bağlı Azərbaycana bu ölkələrdən turistlər gəlib

 Beş ayda dini ziyarətlə bağlı Azərbaycana bu ölkələrdən turistlər gəlib

Bu ilin ilk 5 ayı ərzində turizm məqəsdi ilə Azərbaycana 452 min 359 nəfər əcnəbi gəlib.
Asayis.Az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 802 nəfəri (0,18%) ölkəyə dini ziyarət məqəsdiylə gəlib.

Dini ziyarət üçün gələnlərin yarıdan çoxu – 480 nəfəri Rusiya vətəndaşı olub.

Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub.

Ölkələr Gələnlərinsayı (nəfər)
Rusiya  480
Türkiyə 99
Gürcüstan 41
Qazaxıstan 41
İran 24
B. Britaniya 24
İsrail 17
Ukrayna 14
Pakistan 11
C. Koreya 10
BƏƏ 9
S. Ərəbistanı 9
Hindistan 8
Bəhreyn 8
İspaniya 7

10:11 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin