NATO sammitində Ukrayna böhranı - Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər

 NATO sammitində Ukrayna böhranı - Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər

NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da Prezident Volodimir Zelenskinin narazılığına səbəb olub. Nəticədə dövlət başçısı əsəbiləşib və soyuqqanlılığını itirib. “Report” xəbər verir ki, bunu ABŞ-ın “Blomberq” nəşri yazıb. Məlumata görə, V.Zelenski danışarkən tez-tez səs tonunu yüksəldib. Alyans ölkələrinin liderləri onu güclə sakitləşdiriblər. Ukrayna liderinin əsəbləşməsinin əsas səbəbi kimi Kiyevin NATO-ya üzv qəbul olunması ilə bağlı konktet tarixin açıqlanmaması göstərilir. Vurğulanıb ki, onun bu ritorikası Ukraynaya dəstək verən Qərb liderlərinin xoşuna gəlməyib. Şam yeməyi zamanı dövlət və hökumət başçıları Ukrayna Prezidentinə iradlarını bildirib və sakit olmağın zəruriliyini diqqətə çatdırıblar.

G7 (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti barədə qərarından sonra isə V.Zelenski sakitləşib.

“Blomberq” yazıb ki, V.Zelenskinin davranışları bir sıra Qərb rəsmilərini də qıcıqlandırıb və onları danışmağa vadar edib. Böyük Britaniyanın müdafiə naziri Ben Uels söyləyib ki, Ukraynanın özünün silah-sursatı, texnikası yoxdur, ona görə də sadəcə müttəfiqlərə təşəkkür etməlidir.

Böyük Britaniyanın “The Times” qəzetinin məlumatına görə, V.Zelenski Alyansın iclasının birinci günündə qərbli müttəfiqləri Ukayna-NATO Şurasının toplantısında iştirak etməyəcəyi ilə hədələyib. Buna səbəb isə dövlət başçısının toplantının nəticələrindən razı qalmamasıdır. .

BBC-nin xəbərinə görə, dünya liderləri, o cümlədən NATO Baş katibi Yens Stoltenberq, ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniya Baş naziri Rişi Sunak V.Zelenski ilə ayrı-ayrılıqda söhbət edib, onu pessimistliyə qapılmamağa çağırıblar.

Nəşrin yazdığına görə, rəsmi Kiyevin Alyansa dəvət olunmaması V.Zelenskinin yeni reallıqlarla üzləşməsi deməkdir.

 

Qeyd edək ki, sammit iyulun 11-12 -də keçirilib.

 

V.Zelenski toplantıda qonaq qismində iştirak edib. O, mətbuat konfransı zamanı etiraf edib ki, müharibə bitənədək rəsmi Kiyev Alyans üvzü ola bilməz. Ukrayna lideri, həmçinin sammitin nəticəsindən narazılığını ifadə edib.

 

Xatırladaq ki, NATO sammiti çərçivəsində çəkilən bəzi fotolarda V.Zelenskinin kefsiz və gərgin olduğu aydın hiss edilir.

14:28 - 13 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin