“Kənddə mağar qurub qızımın toyunu edəyəcik” - Əməkdar artist
“Kənddə mağardan-zaddan qurub qızımın toyunu edəyəcik”.
Asayis.Az Hit.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva qızının nişanından danışarkən deyib.
O, kürəkənin jurnalist olmadığını bildirib:
“Sağ olsun, jurnalistlər məndən xəbərsiz hər şeyi bilir. Qızımı nişanladım. Toyun vaxtının təyin edilməsi bizim səlahiyyətimiz deyil, oğlan evi bilər onu”.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın evində xeyir iş olub. Xanəndə qızı Xədicəni Cavad adlı bəylə nişanlayıb.