"Azərbaycan sülh gündəliyinə sadiqdir" - Prezident

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqdir.
 

Asayis.Az xəbər verir ki, bu barədə iyulun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

12:48 - 13 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin