UEFA "Qarabağ"a ödəniş etdi

 UEFA

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti dəfə "Qarabağ" futbol klubuna ödəniş edib.

Asayis.az  bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir.

Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştirak etdiyi üçün "Qarabağ"a 27 min 943 avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

17:45 - 12 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin