Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Qeyd olunur ki, Arayik Arutyunyanın böyük qızı hələ aprel ayında, toyundan dərhal sonra Qarabağı tərk edib və bir daha geri qayıtmayıb. Məlumatda o da bildirilir ki, separatçı rejimin “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan A.Arutyunyanın kürəkəni də işdən çıxarılıb və o, Qarabağı tərk edib.
Yayılan digər məlumatda isə A.Arutyunyanın kiçik qızının da artıq bir neçə aydır təhsil almaq adı altında İrəvana köçdüyü məlum olub./APA