Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi AÇIQLANDI

 Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydenin görüşünün vaxtı açıqlanıb.

Asayis.Az 
“CNN Türk”ə istinadən xəbər verir ki, iki ölkə liderləri iyulun 11-də yerli vaxtla saat 18:00-da bir araya gələcəklər.

R.T.Ərdoğan və C.Baydenin görüşü NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən NATO-nun genişlənməsi və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

17:59 - 10 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin