“Putin qiyamdan sonra Kremldə Priqojinlə görüşüb” - QƏRB KƏŞFİYYATI

 “Putin qiyamdan sonra Kremldə Priqojinlə görüşüb” - QƏRB KƏŞFİYYATI

“Vaqner”in rəhbəri Yevgeni Priqojin qiyamdam sonra Kremlə çağırılıb və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Asayis.Az xəbər verir ki, bu barədə “Liberation” Qərb kəşfiyyatındakı mənbələrə istinadən yazır.

Nəşr qeyd edi ki, Priqojin iyulun 1-də bu məqsədlə Moskvaya gəlib və onunla birlikdə görüşlərdə “Vaqner” komandirləri də iştirak ediblər.

Priqojin Putindən başqa Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də danışıqlar aparıb. Mənbələr danışıqların təfərrüatlarını açıqlamayıblar.

Priqojinin Sankt-Peterburqda və ya Moskvada olması faktı ötən həftənin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən açıqlanıb. Priqojin və Kreml arasında razılaşmaya əsasən, “Vaqner” rəhbəri muzdluları ilə birlikdə Belarusda olmalıdır.

Lukaşenko həmçinin qeyd edib ki, “Vaqner”in Belarusa köçürülməsi məsələsi də həll olunmayıb, çünki bu, ondan deyil, Rusiya tərəfinin və “Vaqner”çilərin özlərinin qərarından asılıdır.

İyunun 27-də Lukaşenko Kremlin tələbi ilə Priqojinin ölkəyə gəldiyini təsdiqləyib. Lakin bundan sonra muzdluların başçısı Sankt-Peterburqda peyda olub. “Fontanka” yazıb ki, iyulun 5-də o, şəxsən Liteiny prospektindəki FTX-nin şəhər və Leninqrad vilayəti üzrə idarəsinə gəlib. Orada ona qiyam günü strukturlarında axtarış zamanı ələ keçirilən silahlar geri qaytarılıb. Həmçinin Priqojinə müsadirə edilmiş 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl geri verilib.


Azpost.info

17:29 - 10 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin