İdmançımız erməni rəqibinə 10-0 hesabı ilə qalib gəldi

 İdmançımız erməni rəqibinə 10-0 hesabı ilə qalib gəldi

Azərbaycan güləşçisi Rəşad Veysəlov Macarıstanın Kaposvar şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 “Qəbələ” idman klubunun idmançısı üçüncü yer üçün görüşdə erməni idmançı Papik Nersisyanla üz-üzə gəlib.

O, rəqibi üzərində 10:0-lıq təmiz qələbə qazanaraq bürünc medalı boynundan asıb.

12:00 - 9 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin