Türkiyəli müğənni Sezen Aksu Beykozdakı malikanəsinə icazəsiz girməyə çalışan azərbaycanlı xanımı polisə şikayət edib.
Asayis.Az xəbər verir ki, həmin qadın villaya daxil olaraq təhlükəsizlik xidmətinin işçilərinə hücum edib.
Qadının müğənnini ölümlə təhdid etdiyi deyilir. Sezen Aksu eyni qadının indiyə kimi 4 dəfə evinə girməyə çalışdığını bildirib.
Hücum edən şəxsin müğənninin Azərbaycan əsilli 47 yaşlı pərəstişkarı olduğu qeyd edilib.