Ebru Gündəşi Şəmkirə toya gətirən iş adamının Bakıdakı ticarət mərkəzinin FOTOSU
Elza Seyidcahanın bomba kimi gündəmə düşməsinin ardıyca ikinci partlayış türkiyəli müğənni Ebru Gündəşlə səs saldı. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan belə məlum oldu ki, məşhur sənətçi Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib.
Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.
Demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib.
Məlum olub ki, o, Bakıdakı “Metropark” ticarət mərkəzinin sahibidir.
A.Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur. Necə deyərlər, “varlığa nə darlıq”…
Ümumiyyətlə, Azərbaycanda toy mərasimi deyəndə ağıla ilk israfçılıq, artıq yerə xərclənən pullar, masalarda qalan yemək və içki qalıqları gəlir. Artıq toy deyəndə Ebru Gündeşi də xatırlayacayıq.
Ümid edək ki, ölkədə marağa və müzakirələrə səbəb olan bu hadisə özü ilə birlikdə yeni dəb formalaşdırmayacaq. Nə də olsa, tək Ebruya deyil, öz yerli müğənnilərimizə də toylarda xərclənən külli-miqdarda pula cəmiyyətə faydası dəyəcək xeyli işlər görmək olar.