Ötən ay İtaliyada vəfat edən keçmiş baş nazir Silvio Berluskoninin vəsiyyəti açıqlanıb.
Asayis.Az xəbər verir ki, Berluskoni ailə holdinqinin nəzarətini ilk evliliyindən olan iki uşağına vəsiyyət edib.
O, son illərində birlikdə olduğu sevgilisi Marta Fascina üçün də 100 milyon avro ayırıb. Berluskoninin ümumi sərvəti 6,5 milyard avro hesablanıb.