BMT-də çalışan azərbaycanlıların sayının artırılması müzakirə olundu

 BMT-də çalışan azərbaycanlıların sayının artırılması müzakirə olundu

Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyini müzakirə edib.
Asayis.Az 
xəbər verir ki, bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

14:49 - 6 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin