Gürcüstanın Ukraynadakı səfirinə Kiyevi tərk etmısi üçün vaxt verdilər

 Gürcüstanın Ukraynadakı səfirinə Kiyevi tərk etmısi üçün vaxt verdilər

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili iyulun 6-da saat 12:00-a qədər Ukraynanı tərk edəcək.
Asayis.Az xəbər verir ki, o, bu barədə iyulun 5-də “Rustavi-2” telekanalına məlumat verib.

“48 saat sabah saat 12:00-da bitir. Sabah saat 12:00-a qədər mümkün qədər Ukrayna ərazisini tərk etməyə çalışacağam”, - diplomat bildirib.

Qeyd edək ki, günün əvvəlində Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Kiyevin ölkəni tərk etmək tövsiyəsindən sonra Zakaraşvilinin yaxın vaxtlarda Tbilisiyə qayıdacağını təsdiqləyib.

Xatırladaq ki,iki ölkə arasında münasibətlərdə gərginlik Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından sonra yaranıb, ona sərt etiraz edilib və 48 saat ərzində ölkəni tərk etmək əmri verilib.

Bu tələbi dövlət başçısı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb.//Redaktor.az

11:46 - 6 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin