Tanınmış aparıcı Zamirə Dadaşova “Space” TV-nin fəaliyyətindən şikayətlənib. Asayis.Az xəbər verir ki, o, bununla bağlı ölkə rəhbərliyinə müraciət edib.
“Məcburam dövlət başçısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xanım Əliyevaya müraciət etməyə “Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan üzünü görmədiyim Elnurənin özbaşnalıqlarından. Artıq neçə gündür, əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan aprelin 1-də müəllifi olduğum “Açıq söhbət” verilişini saat 21.00-da efirə salınmasına baxmayaraq, efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər mənə. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər, səbəbini anlamıram. Deyirəm, siz mənə Karovinin imzasıyla xəbərdarlıq göndərmisiniz. Xəbərdarlığı göndərən deyir, cızma qaradır. Hüquqşunasımız deyir, işə gəlmədiyinə görə işdən azad edək... Belə daha doğrudur. Əlimizdə sübut da var ki, “facekontrol”dan keçməyib. Kadrlar şöbəsinin müdri deyir ki, onların sözündən çıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəylikdir “Space”də, yəqin. Əlimdə olan sənəd bəs Karovin sübut deyil? Bütün nəslin, deyilənə görə, orda işləyir. Qızın, kürəkəninin adını da işçiləriniz hallandırır. Fətiyevlər də üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar. Əmək haqqı yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Məndə səs yazıları, yazışmalar var. Lazım olsa, müvafiq orqanlara onları da təqdim edərəm. Hələ ki, sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Özbaşınasız? Bilmirsiz bu ölkənin qanunları var? Bilmirsiz sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiz bu mənim əmək haqqı almamağına gətirib çıxarır. Uşaqlarım halal pulla, məvaciblə dolanır. Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək”, - aparıcı qeyd edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//Pravda.az