“Ukrayna 4 ay əvvəl Gürcüstan hakimiyyətindən mənimlə bağlı ekstradisiya prosesinə başlamağı tələb edib. Bu barədə sənəd Ukrayna konsuluna göndərilib. Konsul həmin sənədi mənə gətirmişdi”.
Asayis.Az xəbər verir ki, bu sözləri həbsdə olan sabiq prezident Mixeil Saakaşvili rəsmi Tiflisin bununla bağlı açıqlamasını şərh edərkən bildirib.
Qeyd edək ki, rəsmi Tiflis dünən açıqlama yayaraq Ukraynanın Saakaşvilinin ekstradisiyasını tələb etmədiyini bəyan edib.
Saaakaşili bunu “yalan” adlandırıb: “Bu sənədi Ukrayna konsulu mənim yanıma gətirmişdi”.
Sabiq prezident deyib ki, Avropa İttifaqının tibbi missiyasına gəlincə, Avropa Komisisyası, ailəsi və bir sıra dövlətlər ən yüksək səviyyədə bu missiyanın qəbul edilməsini tələb ediblər. “Onların ölkəyə buraxılmamasının səbəbəi isə oliqarx və onun nökərlərinin sabotajının birbaşa nəticəsidir”-deyə sabiq prezident yazıb.