İcra başçısı limon satmağı ilə məşhurlaşan uşağa ev hədiyyə etdi - VİDEO

 İcra başçısı limon satmağı ilə məşhurlaşan uşağa ev hədiyyə etdi - VİDEO
“Moskvada bir limonu 15 min manata satmışam. Pulu verdi ki, xərcləyərsən. Mən də ona limon verdim”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Limonçik Əli” adı ilə fenomenə çevrilən Əli Həsənov deyib.

Onun sözlərinə görə, tanındıqdan sonra limonun birini 100 manata satmağa başlayıb.

“Limonçik Əli” efirə çıxmaq üçün qonorar aldığını da söyləyib:

“Bəzi blogerlər var ki, verilişlərə pul verib çıxırlar. Mən bunu heç vaxt etməmişəm”.

Əli Rusiyada ona ev verilməsindən də bəhs edib:

“Limon satırdım. Polislər dedilər ki, icra hakimi bura gəlir, getməlisən. Nə qədər məcbur etsələr də, getmədim. Gələndə məni yanına çağırdı, öpdü, dedi ki, sabah ofisimə gələrsən. Gedəndə soruşdu ki, nəyə ehtiyacın var? Dedim ki, ev istəyirəm. Daha sonra mənə 2 otaqlı ev verildi”.  
 

 

16:29 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin