“Bu, Yazıçılar Birliyinin çöküşüdür...” - Elza Seyidcahan və Birliyə REAKSİYALAR

 “Bu, Yazıçılar Birliyinin çöküşüdür...” - Elza Seyidcahan və Birliyə REAKSİYALAR

Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsi cəmiyyədə birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri arasında müzakirəyə səbəb olan bu mövzuya ədəbiyyat nümayəndələri də fərqli yanaşmalar sərgiləyib.  

Asayis.Az xəbər verir ki, Demokrat.az
 bu barədə bir neçə tanınmış qələm sahibinin fikirlərini öyrənib: 



Yazıçı, publisist Azad Qaradərə:

“Yazıçılar Birliyi deyilən təşkilat sovet dönəmindən qalma qurumdur. Müstəqil Avropa ölkərinin bir çoxunda – Bolqarıstan, macarıstan, Finlandiya, onlarda köhnə yazıçılar birliyi ləğv olunub. əvəzinə müstəqil yazıçılar təşkilarları yaranıb. Biz hələ sovetin şinelindən çıxa bilməmişik. Yazıçılar birliyi artıq nazirlik funksiyasını yerinə yetirir, yazıçılar birliyi olmaqdan çıxıb. Mənasız, gülüş doğuran bir təşkilata çevrilib. Şəxsən mən ora heç vaxt üzv olmamışam, gələn il 70 yaşım olur, inşallah bundan sonra da üzv olmaram. Bəziləri çoxdan onun sıralarını tərk edib. Elza Seyidcahan da bəstəkardır, müğənnidir. Mənim onun musiqi fəaliyyətinə heç bir tənqidi münasibətim yoxdur, əksinə, ifalarını bəyənirəm. 

Düzdür, səhnə geyimləri bəzən qəribə olur. Şeirləri isə təbii ki, şeir deyil, karikaturadır, şeirə parodiyadır. Yazıçılar Birliyinin belə şeirlər yazan şəxsi sıralarına qəbul etməsi düşünürəm ki, bu təşkilatın çöküşüdür. AYB artıq sıfırlanmış vəziyyətdədir. Belə adamların adı ilə xal toplamaq istəyir. Bu təşkilatın özünü buraxmasına fikrimcə az qalıb. Ləğv olar, Elza Seyidcahan da şeirdən əl çəkər, gedər mahnılarını oxuyar”. 



Gənc yazar Ayxan Ayvaz: 

“Ümumiyyətlə cəmiyyət və ədəbi mühit niyə bu məsələni bu qədər şişirdir? Elza Seyidcahan hətta AYB-dəki bəzi yazıçı və şairlərdən daha istedadlıdır. Ən azından onun bəstəkarlıq fəaliyyəti var, mahnı mətnini duya bilir. Üstəgəl, AYB elə də ciddi bir qurum deyil ki, bu məsələ problem olsun. Ciddi qurum olsaydı, o zaman ora bayağı bir yazarın üzr olması problem sayıla bilərdi. O öz qeyri-ciddiliyini çoxdan sübut edib. Katibi Çingiz Abdullayev olan bir quruma Elza Seyidcahanın üzv olmağı niyə bu qədər müzakirə doğursun ki?! Mənə elə gəlir ki, Elza xanımın ora üzv olması bir qəbahət deyil. Yazıçılar Birliyi bundan əvvəl daha böyük qəbahətlər edib”.
 

13:32 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin