"Həkimlər başları üzərində işləməkdənsə, bloqerlik edirlər"

Aparıcı Rövşanə Ağasəfqızı bloqerlik edən həkimləri tənqid edib. Axşam.az xəbər verir ki, aparıcı onların pasientlərlə kobud rəftar etməsindən şikayətlənib:

"Bəzi həkimlər var ki, başları üzərində işləməkdən çox bloqerliyə üstünlük verirlər. Efirdə bunu dəfələrlə görmüşəm. Cərrahlar əməliyyatdan sonra xəstə ilə maraqlanmırlar. Xəstə tibb bacısının öhdəsində qalır. Kobud həkimlər görmüşəm... Dəfələrlə xəstələrin şikayətini işıqlandırmışam. Başınız üzərində işləyin. Bu, hər həkimə aid deyil. Bloqerliyin də dərəcəsi var. Bir-birinizi təqlid edirsiniz. O çıxır, bu çıxır telefon qarşısında atdanıb düşür, oynayır. Pasientim artacaq deyə bunu etməyin. Elə deyil, ən gözəl pasient elə xəstənin özüdür. Ən gözəl reklam xəstənin özüdür".

14:22 - 5 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin