İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyn Azərbaycanda səfərdədir. İraqlı nazir Bakıda keçirilən nazirlərin iclasında iştirak edir. Asayis.Az xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İraq Repsublikasının Baş nazirinin müavini F.Hüsseyni iyulun 5-də Azərbaycan lideri İlham Əliyev qəbul edib.