İranın ədliyyə-məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi bu gün keçeirdiyi mətbuat konfransda Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın başa çatdığını bildirib.
Bakupost.az İran mətbuatına istinadla xəbər verir ki, o, bu ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumun diplomatik normaların, iki dost və qonşu ölkə arasında münasibətlərin pozulmasına səbəb olmasına təəssüfləndiyini bildirib.
"Buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanlarının rəhbərləri hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxsin ciddi və qətiyyətli şəkildə cəzalandırılmalı olduğunu hər zaman vurğulayıb”, - deyə Məsud Sitayeşi bildirib.
Onun sözlərinə görə, işin müxtəlif aspektləri müəyyən edilib və istintaq tamamlanıb. O, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlıq etməsini vacibliyini qeyd edib.