İsrail ABŞ-dan daha 25 ədəd “F-35” təyyarəsi alacaq və bu təyyarələrdən üçüncü eskadronu formalaşdıracaq.
Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müqavilənin dəyəri 3 milyard dollardır.
“Lockheed Martin” tərəfindən istehsal olunacaq əlavə 25 təyyarə ilə İsrail Hərbi Hava Qüvvələrindəki “F-35”lərin sayı 75-ə çatacaq. Müqavilə ABŞ-ın İsrailin müdafiəsinə ayırdığı yardım hesabına maliyyələşəcək.