Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.
Asayis.az-ın xəbərinə görə, bu barədə nazirlikdən bildirilib.
"İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.