Əfsanəvi müğənni son dəfə səhnədə çıxış etdi - FOTO

 Əfsanəvi müğənni son dəfə səhnədə çıxış etdi - FOTO

Əfsanəvi müğənni Elton Con son dəfə səhnədə çıxış edib. 

Asayis.az  xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi son dəfə Qlastonberi musiqi festivalında səhnə alıb. Musiqili proqram iyunun 25-də baş tutub.

76 yaşlı musiqiçi səhnəyə qızılı rəngli kostyumda və ənənəvi eynəyində çıxıb.

Xatırladaq ki, Elton Con bir müddət əvvəl karyerasına son qoyacağını açıqlayıb. O, sonuncu "Freewell Yellow Brick Road" adlı
konsert turundan 1 milyard dollar sərvət qazanıb. 

15:47 - 26 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin