Rusiya müdafiə naziri Sergey Şoyqu “Vaqner”in qiyam cəhdindən sonra ilk dəfə xüsusi əməliyyat zonasına gedib.
Asayis.Az xəbər verir ki, Şoyqu Qərb Qrupunun komandanlıq məntəqəsində müşavirə keçirib, döyüş koordinasiyası və ehtiyat alayların formalaşdırılması ilə bağlı komandir Yevgeni Nikiforovun məruzəsini dinləyib.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, hazırda Rusiya prezidenti Vladimir Putinin Şoyquya etimadında mümkün dəyişikliklər barədə məlumat yoxdur. O, həmçinin qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi ilə bağlı məsələlər prezidentin səlahiyyətlərinə aiddir və Belarus prezidenti Aleksandr Lukaşenko ilə iş adamı Yevgeni Priqojin arasında aparılan danışıqlar çərçivəsində çətin ki, müzakirə mövzusu olsun.