Ceyhun Bayramov ABŞ-a getdi

 Ceyhun Bayramov ABŞ-a getdi

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

11:30 - 26 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin