Meyxanaçı Ağamirzə özü üçün hazırlatdırdığı qəbri ziyarət edib - VİDEO

 Meyxanaçı Ağamirzə özü üçün hazırlatdırdığı qəbri ziyarət edib - VİDEO

Meyxanaçı Ağamirzə Məmmədov hər kəsi təəccübləndirib. "Günaydın Azərbaycan" verilişinə qonaq olan söz ustadı özü üçün qəbir hazırlatdırdığını etiraf edib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə sözügedən qəbirin bir dəfə su ilə dolduğunu daha sonra meyxanaçının məzarın yerini dəyişdirdiyini deyib.

"Ora mənim üçün böyük məktəbdir. Ora gedirəm, öz-özümə deyirəm ki, "Çaşma!" Bu haqqdır. Əvvəl mən bu qəbiri özüm üçün qazdıranda dedilər ki, "Bəsdir! Qara ağzını açma! Bədlik etmə!", - Ağamirzə bildirib. Onun bu sözləri hər kəsi təəccübləndirib.

Veriliş zamanı boş qəbrin görüntüləri də yayımlanıb.

 

 

 

13:29 - 25 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin