“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu iddia edilən ofisində axtarışlar zamanı qızıl külçələr, ağ toz və tapançalar aşkar edilib.
Məlumata görə, axtarışlar Sankt-Peterburqdakı Trezzini hotelinin ofis binalarında aparılıb.
Bildirilir ki, ofislərdən birində içərisində valyuta olan çantalar tapılıb.
Əməliyyatçılar, həmçinin oradan beş kiloqram qızıl külçə, altı qablaşdırılmış tapança və beş paket ağ toz aşkar ediblər.
Hotelin binasında müxtəlif adlarla Priqojinə aid 4 pasport da tapılıb.