Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolayın "Vaqner" sıralarında döyüşməsi barədə məlumat yayılıb.
Asayis.Az xəbər verir ki, bununla bağlı Rusiyanın "Telegram" kanalları xəbər yayımlayıb.
İddialara görə, Peskovun oğlu Nikolay da Rostovda "Vaqner" sıralarında görüntülənib.
Xatırladaq ki, Dmitri Peskovun oğlu Nikolay "Vaqner" muzdlu dəstəsində artilleriyaçı kimi hərbi xidmət keçirdi. Bu barədə Dmitri Peskov aprelin 23-də Vladimir Solovyovun "Telegram" kanalına müsahibəsi zamanı bildirmişdi. Həmin vaxtı deyilmişdi ki, Peskovun oğlu 2023-cü il yanvarın sonunda Soledar (Ukraynanın Donetsk vilayətinin Baxmut rayonundakı şəhər) yaxınlığında döyüşlərə aparılıb.