Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev arasında telefon danışığı baş tutub.
Asayis.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı prezidentlər Rusiyada baş verən son hadisələri müzakirə ediblər.
“Danışıqlar zamanı Qasım-Comərd Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və onun uğurlu inkişafının əsasıdır”, - deyə Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.