Rusiyanın yeni prezidenti olacaq?

 Rusiyanın yeni prezidenti olacaq?

Putin səhv seçim edib və Rusiyanın tezliklə yeni prezidenti olacaq.
Asayis.Az "Yenisabah.az"a istinadla xəbər verir ki, bunu "Wagner Group"un rəhbəri Yevgeni Priqojin bəyan edib.

Xatırladaq ki, Rusiya prezoidenti Vladimir Putin Rusiya xalqına, Silahlı Qüvvələrə və hüquq-mühafizə orqanlarına müraciətində Y. Priqojini "xain" adlandırıb. Dövlət başçısı "xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını alacaq".

O, Rusiya Prezidenti və Ali Baş Komandan kimi, ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyini bildirib.

14:58 - 24 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin