"Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir".
Asayis.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Reuters"ə müsahibəsində deyib.
Nazir bildirib ki, rəsmi Bakı üçün hansısa ilkin şərt qəbuledilməzdir:
"Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir".
O qeyd edib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.