“Ermənistanın Azərbaycanla şərti sərhədlərində zavod inşasına imkan verməməliyik” - Partiya sədri

 “Ermənistanın Azərbaycanla şərti sərhədlərində zavod inşasına imkan verməməliyik” - Partiya sədri

“Naxçıvandakı sərhədimizin yaxınlığında, Arazdəyən kəndinin ərazisində metallurgiya zavodu tikilir. Tikilən zavod Azərbaycan və Ermənistanın hazırki şərti sərhədlərində çox yaxın ərazidə yerləşir”.

Bu fikirləri Asayis.Az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, bu zavodun tikilməsində bir sıra məqsədlər var: 

“İlk növbədə düşünmürəm ki, bu zavodun məqsədi orada iqtisadiyyata töhfə vermək, yaxud da iqtisadiyyatın inkişafı, orada iş yerlərinin açılmasıdır. ABŞ sadəcə olaraq regiona fərqli formada daxil olmaq istəyir. Yəni, bölgədə hər hansı təxribat olarsa, Azərbaycan tərəfi ittiham edəcək və bununla da, Amerika regiondakı konfliktə cəlb edilmiş olur. Ona görə də, Azərbaycan indidən elə zavodların sərhədboyu tikilməsinin qarşısını almalıdır və buna imkan verməməlidir. Çünki Zəngəzur məsələsi gündəmə gələn kimi Rusiya və İran Zəngəzurda konsulluq açmaq haqqında qərar verdilər. 

İndi ABŞ onların hərəkətini təkrar edə bilməz deyə, belə fərqli metod tapıb. Yəni, zavod tikir. Bu baxımdan da mən belə bir avodun tikilməsinin əleyhinəyəm. Bu zavod Azərbaycanın gələcək hədəfləri və onun mövqeyi üçün təhlükəlidir. Azərbaycan heç bir halda belə zavodların şərti sərhədlərdə tikilməsinə imkan verməməlidir. Çünki biz hələ Ermənistanla delimitasiya və demarkasiya etməmişik”.
 

Demokrat.az

13:32 - 23 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin