Göygöldə 65 yaşlı kişi pensiya düzəltmək adı ilə qadına pul atdı

 Göygöldə 65 yaşlı kişi pensiya düzəltmək adı ilə qadına pul atdı

Göygöl rayonunda 1958-ci il təvəllüldü Mürvət pensiya düzətlmək adı ilə Vüsaləyə qarşı dələduzluq edib. 
Asayis.Az-ın məlumatına görə, Mürvət Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Vüsaləyə 2100 manat qarşılığında sosial müavinət, pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib. 

Ondan həmin pulu alaraq dələduzluq edib. 

Mürvətin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2021-ci ilin aprel ayında, dəqiq günün xatırlamdığı vaxtdan Vüsaləni tanıyıb:

“Vüsalə də Yeni Qızılca kəndində yaşayır. Vüsalə təqaüdünün kəsildiyini mənə bildirdi. Vüsaləyə 2100 manat verməyini bildirdim. Əvvəlcə 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığım vaxtda Vüsalədən 1500 manat aldım. Həmin 1500 manatı Vüsalə mənə Bağmanlar qəsəbəsində adlanan ərazidə verdi. Vüsaləyə 600 manatı da düzəltməyini bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan iki ay sonra təxminən 2021-ci ilin dekabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsalədən yenidən olaraq 600 manat alıb: 

“Lakin maddi imkanım olmadığından həmin pulu öz ehtiyaclarım üçün xərclədim, geri qaytara bilmədim. Vüsalə dəfələrlə mənə məxsus mobil nömrəyə zəng edərək, pulunu geri istədi, hətta yaşadığım ünvanada gəldi. 2022-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığım vaxtda Vüsaləgil Daşkəsən rayonu, Qazaxyolçular kəndində getdiklərindən 200 manatı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketdə satıcı işləyən şəxsə verdim. Vüsaləyə də pulu mağazaya qoyduğumu, götürməyini dedim”. 

Mürvət bildirib ki, bundan təxminən 2 həftə sonra Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketin qarşısında Vüsaləyə 40 manat verib: 

“Vüsalə həmin vaxt Daşkəsən rayonuna gedirdi. Təxminən 2022-ci ilin oktyabr ayında, dəqiq gününü xatırlamadığım vaxtda mənimlə qonşuluqda yaşayan Vüsalənin bacısı Aynura 150 manat pul verdim. Bundan təxminən 2 həftə sonra Vüsaləyə öz yaşadığım evin həyətində 150 manat verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022 ci ilin dekabr ayının 17-də, təqaüdü keçən vaxt Vüsaləyə onun yaşadığı evin həyətində 30 manat, 2023-cü ilin yanvar ayında dəqiq günün xatırlamadığı vaxtda isə yenə Vüsalənin yaşadığı evin həyətində 40 manat verib: 

“Daha sonra isə 50 manat verdim. Ümumilikdə Vüsaləyə 660 manat qaytarmışam”. 

Təqsirləndirilən şəxs bildirib ki, onun sosial müavinət düzəltmək üçün hər hansı bir tanışı olmayıb, sadəcə maraqlanmaq istəyib: 

“Həmin vaxt pula ehtiyacım olduğundan Vüsalədən aldığım pulu da öz ehtiyaclarım üçün xərcləmişəm. Törətmiş olduğum əməldə özümü tam olaraq təqsirli bilirəm. Əməlimdən çox peşmanam”. 

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalənin sözlərinə görə, əvvəllər səhhəti ilə əlaqədar təqaüd alıb: 

“2021-ci ilin aprel ayında təqaüd almağım dayandırıldı. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir neçə dəfə müraciət etsəm də, imtina olundu. Mənimlə qonşuluqda yaşayan Məlahət adlı şəxslə bu barədə danışan zaman Mürvət adlı tanışının olduğunu, təqaüdlə bağlı köməklik edə biləcəyini bildirdi. 2021-ci ilin oktyabr ayında, dəqiq gününü xatırlanadığım vaxtda Mürvətlə görüşdüm. Mürvət təqaüdün bərpa edilməsi üçün məndən 2000 manat istədi. Əlavə də 100 manat da yol haqqı verməyimi bildirdi. Mürvətlə razılaşdım. Ona həmin pulu verdim”. 

Zərərçəkmiş qeyd edib ki, Mürvətə tez-tez zəng edərək təqaüdün bərpa olunması bağlı maraqlanıb: 

“Mürvət müxtəlif bəhanələr gətirərək vaxtı uzadırdı. Bir nəticə olmadığı, Mürvətin məni aldatdığını bildim. 2022-ci ilin aprel ayında, dəqiq gününü xatırlamadığım vaxtda pulumu geri istədim. Pulunu geriyə istədikdə, Mürvət verəcəyini bildirsə də, lakin hər dəfə müxtəlif bəhanələr gətirdi. Hətta telefonla danışıq zamanı ünvanıma nalayiq ifadələr işlətdi”. 

Zərərçəkmiş qeyd edib ki, Mürvət ona verməli olduğu 2100 manat puldan ümumilikdə 570 manatını geri qaytarıb. 

Bu cinayət işinə Göygöl rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mürvət 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə şəhəri Göygöl rayonu, Yeni Qızılca kəndindəki yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilib.

 


Demokrat.az

12:44 - 22 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin