2022-ci il dekabrın 31-də vəfat edən keçmiş Roma Papası XVI Benediktdən miras qalan və Almaniyanın Bavariya əyalətində kilsədə saxlanılan xaç oğurlanıb.
Asayis.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, kimliyi bəlli olmayan şəxslər Münhen yaxınlığındakı kilsəyə daxil olaraq şkafda saxlanılan xaçı oğurlayıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, sözügedən kilsədən pul da oğurlandığı bildirilir.