Ukraynada Almaniya istehsalı olan “Leopard” tankını məhv etdiyi bildirilən yaralı rus əsgərinə özəl bir fond 1 milyon rubl mükafat verib.
Asayis.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Ukraynada “Leopard” tankını vuran Andrey Kravtsov adlı hərbiçiyə pul mükafatı verildiyi bildirilib.
Qeyd edək ki, Rusiya indiyədək Ukraynada Almaniya istehsalı olan çoxlu sayda “Leopard” tankını və ABŞ istehsalı olan “Bradley” zirehli döyüş maşınını məhv etdiyini iddia etsə də, amma hələlik məlumatlar təsdiqini tapmayıb.