Ukrayna Ordusu əks-hücuma keçdi: Ruslar döyüş texnikalarını atıb qaçırlar - VİDEO

 Ukrayna Ordusu əks-hücuma keçdi: Ruslar döyüş texnikalarını atıb qaçırlar - VİDEO

 

Ukrayna Ordusu Xerson vilayətinin Yeni Kaxovka rayonu istiqamətində işğalçı Rusiya hərbiçilərinə qarşı əks-hücum əməliyyatı həyata keçirib. 
Asayis.Az 
xəbər verir ki, sözügedən əməliyyatdan olan görüntülər sosial şəbəkələrdə də yayılıb. 

Görüntülərdən də aydın görünür ki, Ukrayna Ordusu yüksək dəqiqliklə hədəfi vuran müasir silahlardan istifadə edir. 

Hətta, həmin silahlar peykdən ötürülən dəqiq koordinatlarla düşmənin 10-15 döyüş texnikasını 1 dəfəyə məhv edə bilir. 

Ukrayna hərbiçilərinin əks-hücumu Rusiya Ordusunda da ciddi vahimə yaradıb. Rusiya hərbiçiləri döyüş meydanında texnikalarını atıb, qaçırlar.  

Xerson vilayətinin Yeni Kaxovka rayonunda Ukrayna Ordusunun keçirdiyi əks-hücum əməliyyatından çəkilmiş görüntüləri təqdim edir:
 

17:42 - 16 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin