"Audi Q7" almaq istəyirdi, beş milyonu qatarda UNUTDU

Avtomobil almaq istəyən rusun arzusu ürəyində qalıb.

Asayis.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb onun metropoliten qatarında 6 milyon rubla yaxın pul olan çantasını unutması olub.

Belə ki, həmin şəxs Moskvaya işləmək üçün gəlib, eyni zamanda külli miqdarda nağd pul ələ keçirib. O, "Audi Q7" avtomobili almağı planlaşdırırıb. O, ictimai nəqliyyatdan istifadə edərək avtosalonlara gedib. Amma istədiyi vağzala çatana yaxın yuxuya gedib. Buna görə də tələsik vaqondan tullanmalı olub. Amma pul olan çantasını qatarda unudub. Hazırda beş milyon yarım rublun harada olduğu məlum deyil.(Publika.az)

10:20 - 16 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin