“Bir daha dünya çempionatında iştirak etmək istəmirəm” - Messi

 “Bir daha dünya çempionatında iştirak etmək istəmirəm” - Messi

Çin mətbuatından “Titan Sports”a danışan 35 yaşlı Messi, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edib-etməyəcəyi ilə bağlı suallara cavab verib.

Asayis.Az xəbər verir ki, Messi növbəti Dünya Kubokunda iştirak etməyəcəyini bildirib:

“Dünya Kubokunda iştirak etməyi düşünmürəm. Qalib gəldiyimiz turnir oynadığım son dünya çempionatı idi.Vəziyyəti zamanla yenidən qiymətləndirə bilərəm, amma mənim qərarım növbəti dünya çempionatında oynamamaqdır”.

İyunun 24-də 36 yaşı tamam olacaq Messi 2026-cı ildə keçiriləcək turnirdə futbolçu əvəzinə tamaşaçı qismində iştirak etmək istədiyini də bildirib.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında kapitanı olduğu Argentina forması ilə turnirin ən yaxşı oyunçusu seçilərək kuboka yüksələn Messi futbol tarixinə düşüb.

13:47 - 14 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin