Asayis.Az xəbər verir ki, Azərin Ərdoğanla bağlı xatirəsini "Sabah"la bölüşüb. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlib və ona bu sözləri deyib: "Gülüstan" sarayında "Çırpınırdı Qara dəniz" mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: "Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!"
Qeyd edək ki, bu dəfə Azərin "Çırpınırdı Qara dəniz"i səsləndirərkən "Azərbaycan bayrağını Qarabağda asmışıq" kimi ifa edib. (metbuat.az)