"Pulun olmadı kimə lazımsan?"

Müğənni Lətifə Soyuöz uzun müddətdən sonra aparıcı Elgiz Əkbərin verilişinə qatılıb. Axşam.az xəbər verir ki, bir neçə ildir aralarında soyuqluq olan ifaçı və aparıcı barışıblar. Elgiz Lətifəyə "Pulun olmadı kimə lazımsan, əsas puldur" sözlərini söyləyib.

Lətifə onun sözlərini dəstəkləyərək, hazırda pulun önəmli olduğunu deyib:

"Son vaxtlar belədir, əsas puldur. Tək Azərbaycanda yox, qardaş ölkədə də belədir. Türkiyəyə işlə bağlı gedirik. Orada ayaqqabından tutmuş, paltarına, çantana qədər baxırlar dəyərləndirirlər ki, bu insanla bir masada oturub danışa bilərik, ya yox. Əvvəl adamı ağlına görə qarşılayırdılarsa, indi birinci görüntüdür, ağlına sonra baxırlar. Maddiyat çox önəmlidir. Oyanırıq, plan qururuq ki, necə edək pul qazanaq. Günlərimiz bunun üçün gedir. Çalışırıq ki, qazancımız çoxalsın. Gənclər gələcəkləri, valideynlər isə övladları üçün çalışırlar".

17:39 - 13 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin