"Transfermarkt" portalı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun dəyərini aşağı salıb.
Asayis.az-ın xəbərinə görə, portal əfsanəvi futbolçunu 15 milyon avro qiymətləndirir.
38 yaşlı hücumçunun maksimum dəyəri 2014-2018-ci illərdə forma geyindiyi "Real Madrid" klubunda çıxışı zamanı 120 milyon avro qeydə alınıb.
Qeyd edək ki, ulduz futbolçu cari il "Əl-Nəsr"ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro qazanır.
