Azərbaycana görə dünya çempionatı Ermənistana verilmədi

 Azərbaycana görə dünya çempionatı Ermənistana verilmədi

2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.

Asayis.Az-ın məlumatına görə, bu barədə qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib.

Qurum yarışı təşkilatçılığına 3 namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.

Qeyd edək ki, son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

15:59 - 12 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin