Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Prezidenti Aleksander Ceferini Atatürk Hava Limanında qəbul edib.
Asayis.az “report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, görüş mətbuat üçün qapalı keçib.
Qeyd edək ki, iyunun 10-da İstanbulda İngiltərənin “Mançester Siti” klubu ilə İtaliya “İnter”i arasında UEFA Çempionlar Liqasının final görüşü keçiriləcək.
Aleksander Ceferin bu görüşü izləmək üçün Türkiyəyə gəlib.
Məlumata görə, qarşılaşmanı Prezident Rəcəb Tayyib Ərdoğan da izləyəcək.