"Toppuş bacı"nın əri: "Qayınatam söylədi ki, icazə verirəm ailə qur"

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Asayis.az xəbər verir ki, o, qayınatası Məcid bəyin ona yenidən ailə həyatı qurmağa icazə verdiyini deyib. Lakin Röyal belə bir niyyəti olmadığını bildirib:

"Qayınatam mənə söylədi ki, "Röyal, sənə icazə verirəm ailə qur". Mən dedim ki, mən evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib".

Xatırladaq ki, Tünzalə Əliyeva bu ilin yanvarın 22-də vəfat edib. O, xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktisadan geriyə Zəhra adlı qızı qalıb. 

14:30 - 10 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin